Modern.az

Rayonlara dolu düşdü, leysan yağdı

Rayonlara dolu düşdü, leysan yağdı

Aktual

29 Aprel 2022, 20:20

Aprelin 29-u saat 18:00-a olan məlumata əsasən, Naxçıvan, Yardımlı, Lerikdə şimşək çaxıb, Şahbuz, Daşkəsən, Göy-göl, Gədəbəy, Şəmkir, Əyriçay-Başdaşağılda (Oğuz), Qrızda leysan xarakterli yağış yağıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a bildirilib ki, saat 13:25 radələrində Gədəbəy rayonu ərazisinə yağışla birlikdə xırda dənəli dolu düşüb.

 

Analoji hal rayonun Maarif və Daşbulaq kəndlərində də qeydə alınıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...