Modern.az

Bakıdan Minskə uçan təyyarədə ölüm hadisəsi

Bakıdan Minskə uçan təyyarədə ölüm hadisəsi

Aktual

5 May 2022, 11:00

Bu gün Bakı-Minsk reysi üzrə uçan təyyarədə qorxulu anlar yaşanıb.

 

Modern.az “İnterfax”a istinadən xəbər verir ki, sərnişinlərdən biri özünü pis hiss etdiyindən təyyarə Rusiyanın Samara şəhərinin Kurumoç hava limanına məcburi eniş edib.

 

Hadisə səhər saat 07:15-də B2740 reysi ilə uçan təyyarədə baş verib.

 

Məlumata görə, enişdən səkkiz dəqiqə sonra kişi dünyasını dəyişib. Onun ağır xəstəlikdən əziyyət çəkdiyi bildirilib. Hazırda ölüm hadisəsilə bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi