Modern.az

Sasunyan azadlıqda: “Ayıb olsun, Nikol!” - YENİLƏNİB

Sasunyan azadlıqda: “Ayıb olsun, Nikol!” - YENİLƏNİB

Aktual

5 May 2022, 14:00

İrəvanda saxlanılan ASALA terrorçusu Ambik Sasunyan sərbəst buraxılıb. 

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. Bildirilib ki, Sasunyan artıq azadlıqdadır. 

 

Erməni terrorçu saxlanılmasına görə, Baş nazir Nikol Paşinyanı ittiham edib. O bildirib ki, küçədə gedərkən polisdən gənclərin niyə saxlanıldığını soruşub. Buna cavab olaraq, iki polis onu tutub bölməyə aparıb:

 

"Sərt davrandılar, hətta başıma da vurdular. Polisin bu davranışından məyusam. Çox güman ki, bunu Nikolun göstərişi ilə edirlər. Ayıb olsun, Nikol! Sən də eyni üsullarla hakimiyyətə gəlmisən, indi də diktatora çevrilmisən”.

 

***

(11:18)

 

Ermənistan polisi İrəvanda ASALA terror təşkilatının üzvü Ambik Sasunyanı saxlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Ruben Melikyan bildirib.

 

Məlumata görə, Sasunyan İrəvanda Baş nazir Nikol Paşinyana qarşı aksiyalar zamanı küçədə saxlanılaraq, polis bölməsinə aparılıb.

 

Qeyd edək ki, Sasunyan 1982-ci ildə Türkiyənin Los- Ancelesdəki konsulu Kamal Arıkanı qətlə yetirməkdə təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilib. 2002-ci ildə federal məhkəmə ona həbsdən 25 il sonra, 2009-cu ildə azadlığa çıxmaq üçün ərizə vermək imkanı yaradıb. Terrorçu 18 aydan sonra yeni petisiya hüququ əldə edib. 2021-ci ilin oktyabrında azadlığa buraxılaraq Ermənistana qayıdıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK HÜCUMLAR: İran bombalanır, Bakı hədələndi - YOX EDƏRİK! - Xəbəriniz Var? - Media Turk TV