Modern.az

Övladını xilas etmək istəyən ananı maşın vurdu

Övladını xilas etmək istəyən ananı maşın vurdu

Aktual

16 May 2022, 10:15

Sumqayıtda övladını xilas etmək istəyən gənc qadını avtomobil vurub.

 

Modern.az xəbər verir ki, hadisə Sülh prospektində baş verib.

 

Şahidlərin bildirdiyinə görə, qadın qəflətən avtomobil yoluna çıxan uşağını xilas edərkən, onu “BMW” markalı maşın vurub. Nəticədə baş nahiyəsindən xəsarət alan piyada xəstəxanaya çatdırılıb.

 

Zərərçəkmişin vəziyyətinin ağır olduğu bildirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı