Modern.az

İsveç və Finlandiya NATO-ya üzvlük müraciətini rəsmən təqdim etdi

İsveç və Finlandiya NATO-ya üzvlük müraciətini rəsmən təqdim etdi

Aktual

18 May 2022, 10:24

İsveç və Finlandiyanın NATO-dakı səfirləri ölkələrin alyansa üzvlük müraciətini rəsmi şəkildə baş katib Yens Stoltenberqə təqdim edib.

 

Modern.az-ın məlumatına görə, müraciətlərin təqdim olunması mərasimi NATO-nun rəsmi saytında canlı yayımlanıb.

 

Y.Stoltenberq NATO-nun ölkələrin üzvlük müraciətlərini alqışladığını deyib. "Alyans bunun üçün lazım olan məsələlərin tezliklə həllini təmin edəcək", - Baş katibi bildirib.

 

Xatırladaq ki, ötən gün İsveçin Baş naziri Maqdalena Andersson hər iki ölkənin öz müraciətini mayın 18-də təqdim edəcəyini vurğulamışdı.

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...