Rusiya Müdafiə Nazirliyi mühasirəyə alınmış Mariupol şəhərindəki “Azovstal” zavoduna sığınmış 1000-ə yaxın ukraynalı əsgərin oranı tərk etdiyini bildirib.
Modern.az xəbər verir ki, bu məlumatı Rusiya Federasiyası Müdafiə Nazirliyinin sözçüsü, general-mayor İqor Konaşenkov açıqlayıb.
O, bunu həmin əsgərlərin ruslara təslim olması adlandırıb.
Konaşenkovun sözlərinə görə, təslim olan 959 nəfərdən 80-i yaralılardır. Yaralılardan 51 nəfəri Donetsk vilayətində rusların nəzarətindəki Novoazovsk xəstəxanasına aparılıb.