Modern.az

"Araz Naxçıvan"a texniki məğlubiyyət verildi - "Xan Lənkəran" finala çıxdı

Aktual

18 May 2022, 16:50

Region Liqasının yarımfinalında "Xan Lənkəran"a qalib gələrək finala vəsiqə qazanan "Araz Naxçıvan" klubuna texniki məğlubiyyət verilib.

 

Modern.az məlumatına görə, bu barədə qərarı AFFA İntizam Komitəsi çıxarıb.

 

Naxçıvan təmsilçisinin heyətində Orxan Əliyev və Elməddin Məmmədovun cari mövsüm ərzində peşəkar müqaviləsinin olması müəyyən edilib. Bu səbəbdən komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.

 

Beləliklə, Region Liqasının finalında "Xan Lənkəran" və "Cəbrayıl" üz-üzə gələcək. Həlledici matç mayın 20-də Şamaxı şəhər stadionunda keçiriləcək.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı