"Azərbaycan və Ermənistan arasında sülh sazişi əldə olunarsa, biz həqiqətən bunu çox yüksək qiymətləndirəcəyik".
Modern.az xəbər verir ki, bunu Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell deyib.
O bildirib ki, tərəflərin bu sazişi xoş iradə və xoş niyyətlə əldə etməsi üçün təşkilat hər iki tərəflə təmasdadır.
"Avropa İttifaqı sazişin həyata keçirilməsinə dəstək olmaq üçün əlindən gələn köməyi göstərəcək", - deyə Cozep Borrell qeyd edib.