Modern.az

Mətbuat Şurasından jurnalistin səhhəti ilə bağlı açıqlama: “Ürəkaçan deyil”

Mətbuat Şurasından jurnalistin səhhəti ilə bağlı açıqlama: “Ürəkaçan deyil”

Aktual

19 May 2022, 14:00

“Jurnalist həmkarımız, uzun illərdən bəri tanıdığımz Qadir İbrahimlinin səhhəti şəxsən mənim, ümumən Azərbaycan Mətbuat Şurasının diqqətindədir”.

Modern.az xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov tanınmış  jurnalist Qadir İbrahimlinin sağlıq durumundan bəhs edərkən deyib.
 

“Respublika Xəstəxanasının rəhbərliyi ilə bir neçə dəfə əlaqə saxlamışıq. Qadirin tezliklə sağlamlığına qovuşmasını arzulayırıq. Həkimlər də bunun üçün əllərindən gələni edirlər. Bir çox həmkarımın da bildiyi kimi, səhhəti hazırda ürəkaçan sayıla bilməz”, - Ə.Amaşov əlavə edib.
 

Ə.Amaşovun sözlərinə görə, o, Qadir İbrahimlinin sağlamlıq durumu ilə əlaqədar müvafiq dövlət qurumları ilə də təmasa keçib: “İnanıram ki, müvafiq tədbirlər görüləcək. Allah Qadirə kömək olsun. Ümüd edək ki, səhhəti düzələcək”.


Xatırladaq ki, “İstiqlal.az” saytının rəhbəri Qadir İbrahimli mayın 18-də Respublika Kliniki Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirlib. Ona qaraciyər serrozu diaqnozu qoyulub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı