Modern.az

KTMT PA-nın İrəvan toplantısının vaxtı elan olundu

KTMT PA-nın İrəvan toplantısının vaxtı elan olundu

Aktual

19 May 2022, 14:16

İyunun 6-da İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Parlament Assambleyası Şurasının iclası keçiriləcək.

Modern.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının plenar iclasında spiker Vyaçeslav Volodin deyib.


"İyunun 6-da İrəvanda KTMT PA Şurasının iclası keçiriləcək. İyunun 20-də isə Belarus-Rusiya Parlament Məclisi təşkil olunacaq", - Volodin bildirib.
 

Dumanın sədri vurğulayıb ki, Belarus və Rusiya Parlament Məclisinə qatılmaq üçün bütün siyasi fraksiyalardan 24 deputatdan ibarət böyük nümayəndə heyəti Minskə göndəriləcək.
 

Dövlət Dumasının mətbuat xidmətinin məlumatına görə, mayın 19-da KTMT PA-nın sədri, Dövlət Dumasının sədri Vyaçeslav Volodin Ermənistan Milli Məclisinin sədri Alen Simonyan və Belarus  parlamentinin Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenko ilə telefon danışığı aparıb.

İyunun 6-da İrəvanda keçiriləcək KTMT Parlament Assambleyası Şurasına hazırlıq məsələləri, həmçinin iclasın gündəliyi müzakirə edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı