Modern.az

Keçmiş arvadını və qayınanasını bıçaqlayan kişi müalicəyə göndərildi

Keçmiş arvadını və qayınanasını bıçaqlayan kişi müalicəyə göndərildi

Aktual

19 May 2022, 15:08

Bakıda keçmiş həyat yoldaşını və onun anasını avtomobillə vuran, daha sonra hər iki şəxsi bıçaqlayan 1977-ci il təvəllüdlü Fədail Atakişiyevin məhkəmə prosesi başa çatıb.

 

Modern.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə təqsirləşdirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə F. Atakişiyev 1 saylı Ruhi Əsəb Dispanserinə məcburi müalicəyə göndərilib.

 

İttihama görə, Fədail Atakişiyev Sabunçu rayonu Bakıxanov qəsəbəsində idarə etdiyi minik avtomobili ilə yol kənarında dayanan keçmiş həyat yoldaşı, 1989-cu il təvəllüdlü Ramidə Atakişyevanı qəsdən vurub.

 

Fədail Atakişiyev avtomobildən düşərək əvvəlcə Ramidə Atakişiyevanı, daha sonra onun anası Narın Ağayevaya bıçaqla bir neçə xəsarət yetirib.

 

Ona qarşı Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd) və 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddələri ilə ittiham irəli sürülüb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı