Modern.az

Azərbaycanda 9 minə yaxın insan İİV xəstəsidir

Azərbaycanda 9 minə yaxın insan İİV xəstəsidir

Aktual

19 May 2022, 16:20

“Ölkəmizdə ilk dəfə İİV infeksiyasının aşkarlandığı 1987-ci ildən 2022-ci ilin aprelinədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV-lə yaşayan 8 min 59 Azərbaycan vətəndaşı rəsmi qeydiyyatdadır".

 

Modern.az xəbər verir ki, bu barədə “Ölkədə İİV-lə bağlı epidemioloji vəziyyət” adlı təqdimatla çıxış edən RQMM-in direktoru Famil Məmmədov bildirib.

 

F.Məmmədov qeyd edib ki, onlardan 5 min 611-i kişi, 2 min 448-i qadındır:

 

"QİÇS mərhələsində olan Azərbaycan vətəndaşlarının sayı 1960, İİV infeksiyasından vəfat edən Azərbaycan vətəndaşlarının sayı isə 1181 nəfərdir”.

 

Mərkəzin direktoru deyib ki, Azərbaycan vətəndaşları arasında 1987-ci ildən bu ilin aprelinədək olan müddət ərzində aşkar olunan halların 37,2 faizi infeksion narkotik istifadəsi nəticəsində baş verib:

 

"Risk qrupları arasında aparılan məqsədli fəaliyyət Səhiyyə Nazirliyinin daimi dəstəyi sayəsində İİV infeksiyasının yayılmasını son illər boyu məhdud, təmərküzləşmiş mərhələdə saxlamağa imkan verib”.

 

Nazirlik rəsmisinin sözlərinə görə, dünyada İİV-ə yoluxan insanların kumulyativ sayı 79.3, İİV-lə yaşayanların sayı 37.7 milyon, QİÇS-lə əlaqədar olaraq vəfat edənlərin sayı isə 36.3 milyondur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı