Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dendrologiya İnstitutunun (Mərdəkan Dendrarisi) direktoru Tofiq Məmmədovun ölümü ilə nəticələnən ağır yol qəzası ilə bağlı cinayət işi başlanılıb.
Modern.az xəbər verir ki, faktla bağlı Xızı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma – ölümlə nəticələndikdə) maddəsi ilə iş açılıb.
Hadisə ilə bağlı zəruri ekspertizalar təyin edilib.
Qeyd edək ki, Dendrologiya İnstitutunun (Mərdəkan Dendrarisi) direktoru Tofiq Məmmədov faciəli şəkildə dünyasını dəyişib. O, bu gün səhər ekspedisiya məqsədilə Xızı rayonuna gedib.
Direktor yolda istirahət etmək üçün avtomobilini saxlayaraq maşından düşüb. Bu zaman həmin yolda iki avtomobil toqquşub və onlardan biri yoldan çıxaraq T. Məmmədovu vurub.