Modern.az

TƏBİB-dən Qadir İbrahimlinin ölümü ilə bağlı AÇIQLAMA

TƏBİB-dən Qadir İbrahimlinin ölümü ilə bağlı AÇIQLAMA

Aktual

20 May 2022, 10:06

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) jurnalist Qadir İbrahimlinin ölümü ilə bağlı məlumat yayıb.

 

TƏBİB-dən Modern.az-a verilən məlumata görə, Q.İbrahimli bu gün səhər saat 09:30 radələrində dünyasını dəyişib.

 

"O, kəskin qaraciyər sirrozu diaqnozu ilə 18 may 2022-ci ildə M.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilmişdi. Həkimlərin ciddi səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir, Allahdan rəhmət diləyirik!", - məlumatda bildirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı