Modern.az

Rusiya NATO-ya üzv olmaqdan imtina edib - Blinken

Rusiya NATO-ya üzv olmaqdan imtina edib - Blinken

Aktual

20 May 2022, 12:42

1990-cı illərdə Rusiya Qərbin təklif etdiyi NATO üzvlüyündən özü imtina edib.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinken bildirib.

 

Rusiyanın NATO-nun şərqə doğru genişlənməsi ilə bağlı narahatlığından söz aça Blinken alyansın müdafiə bloku olduğunu və Rusiyaya qarşı aqressiv niyyətlərinin olmadığını vurğulayıb.

 

Xatırladaq ki, bir müddət öncə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-ın sabiq prezidenti Bill Klintonun “Atlantic” jurnalında dərc olunan köşə yazısında Moskvanın bir vaxtlar alyansa dəvət edilməsi ilə bağlı iddialarını şərh edib.

 

Onun sözlərinə görə, ABŞ Rusiyanın NATO-ya daxil olmasının mümkünsüzlüyünü bəyan edib. Rusiya Prezidenti Vladimir Putin də 2000-ci ildə Bill Klintonun Rusiyanın NATO-ya daxil olması imkanlarına təmkinli reaksiya verdiyini söyləyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı