Modern.az

Lukaşenko xaricə qaçan müxalifləri utanmağa çağırdı

Lukaşenko xaricə qaçan müxalifləri utanmağa çağırdı

Aktual

20 May 2022, 13:58

Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, xaricə qaçan bir çox müxalifət fəalları indi ölkəyə qayıtmaq istəyir.

Modern.az xəbər verir Lukaşenko pioner hərəkatının 100 illik yubileyilə bağlı mərasimində deyib:

"Aldığım məlumata görə, onların çoxu həqiqətən ölkəyə dönmək istəyir, amma bilmirlər necə qayıtsınlar. Birincisi, bu, utancvericidir: qaçıblar, indi necə qayıtmaq olar? Qoy fikirləşsinlər. Necə qaçıblar, bax eləcə də qayıtsınlar”.


Belarus lideri xatırladıb ki, 2020-ci ildə keçirilən prezident seçkilərindən sonra səsvermənin nəticələri ilə razılaşmayan bəzi vətəndaşlar, xüsusən də etiraz aksiyalarında fəal iştirak edənlər ölkəni tərk etdilər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Zelenski tarix açıqladı - Müharibə dayandırılır? - Gündəm Masada