Modern.az

Modul tipli xəstəxanaların fəaliyyəti dayandırılıb

Modul tipli xəstəxanaların fəaliyyəti dayandırılıb

Aktual

6 İyun 2022, 11:56

Tibb işçilərinə bonusların təşkil edilməsi üçün 80 milyon manat əlavə vəsait lazım olur. 


Modern.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

 

"Bizim büdcə bu məbləği qarşılaya bilir. Bəzi aylarda gecikmələr olurdu. Bu da yeni sistemə keçildiyi üçün idi. Artıq bu məsələlər qaydaya salınıb. Bundan əlavə, Azərbaycanda koronaviruslu xəstələr üçün nəzərdə tutulan modul tipli xəstəxanaların fəaliyyəti dayandırılıb. Sadəcə bir xəstəxana fəaliyyət göstərir", - deyə agentlik rəhbəri bildirib. 

 

Qeyd edək ki, Milli Məclisdə "2021-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. İclasda Milli Məclisin deputatları ilə yanaşı, Maliyyə və İqtisadiyyat nazirliklərinin, Hesablama Palatasının nümayəndələri də iştirak edirlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi