Bu gün biz görürük ki, ABŞ ancaq öz maraqlarını düşünür. Onlar sanki özlərini Allahın yerdəki elçiləri hesab edirlər.
Modern.az xəbər verir ki, bunu Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxış edən Rusiya Prezidenti Vladimir Putin bildirib.
“Rusiyaya qarşı birləşmiş qüvvələr qalib gələ bilməyəcək. Bunun başında Birləşmiş Ştatlar durur. Onlar “soyuq müharibə”dən sonra özlərinin Allahın yerdəki elçisi olduğunu bildiriblər. Biz isə bildiririk ki, onların planlarının nəticələri olmayacaq”, - deyə Putin Qərb ölkələrinə meydan oxuyub.
Dövlət başçısı vurğulayıb ki, sanksiyalar Rusiyanı sarsıda bilməyəcək.