Modern.az

Rəcəbov İddiaçılar Turnirinə “sülhlə” başladı

Rəcəbov İddiaçılar Turnirinə “sülhlə” başladı

Aktual

18 İyun 2022, 00:47

Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində ilk görüşünü keçirib.

 

Modern.az xəbər verir ki, 35 yaşlı qrossmeyster 1-ci turda Fransanı təmsil edən Alireza Firuzca ilə qarşılaşıb.

 

Ağ fiqurlarla oynayan Rəcəbov 71-ci gedişdə rəqibi ilə sülhə razılaşıb.

 

Qeyd edək ki, İddiaçılar Turnirinə iyulun 7-də yekun vurulacaq. Yarışın qalibi şahmat tacı uğrunda görüşdə norveçli dünya çempionu Maqnus Karlsenlə üz-üzə gələcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!