Modern.az

Nazirlik bələdiyyə sədrinin ölümü ilə bağlı MƏLUMAT YAYDI

Nazirlik bələdiyyə sədrinin ölümü ilə bağlı MƏLUMAT YAYDI

Aktual

27 İyun 2022, 10:48

Daxili İşlər Nazirliyi Göygöldə bələdiyyə sədrinin ölümü ilə nəticələnən qəza ilə bağlı məlumat yayıb.

 

Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən xəbərə görə, iyunun 25-də saat 1 radələrində Göygöl rayonunun Zurnabad kəndi ərazisində Asif Bayramov idarə etdiyi “TOFAŞ” markalı avtomobili dərəyə aşırıb. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən sürücü orada ölüb.

 

Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Qeyd edək ki, Asif Bayramov Göygöl rayon Zurnabad kənd bələdiyyəsinin sədri idi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Zelenskidən şok sözlər - Göz yaşlarını saxlaya bilmədi