Modern.az

Sabirabadda "Nissan" traktorla toqquşdu

Sabirabadda

Aktual

27 İyun 2022, 11:03

İyunun 26-da saat 3 radələrində Sabirabad rayonunun Çiçəkli kəndi ərazisində kənd sakini Ş.Xankişiyevin idarə etdiyi “Nissan” markalı avtomobillə həmkəndlisi V.Məmmədovun idarə etdiyi “T-28” markalı traktor toqquşub.

 

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumatda bildirilib.

 

Nəticədə Ş.Xankişiyevin sərnişini Elsevər Quliyev hadisə yerində ölüb, özü, digər sürücü və sərnişini xəstəxanaya yerləşdiriliblər. 


Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır. 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı