Modern.az

Vətəndaşların bank hesablarından oğurluq edildi

Vətəndaşların bank hesablarından oğurluq edildi

Aktual

27 İyun 2022, 11:47

Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə iyunun 10-da Saatlı rayon sakini M.Babayevanın bank hesabından 390 manatının oğurlanması barədə müraciət daxil olub.

 

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumatda bildirilib.


Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Səmədov müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.

 

Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə analoji halla bağlı iyunun 22-də də müraciət daxil olub. Belə ki, Bakı şəhər sakini A.Cumayevin bank hesabından 800 manatının oğurlanması barədə müraciət daxil olub.


Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş V.Hüseynov müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı