Modern.az

Tom Kruz karyerasında ən böyük qonorarı alacaq

Tom Kruz karyerasında ən böyük qonorarı alacaq

Aktual

27 İyun 2022, 12:12

Hollivud ulduzu Tom Kruzun “Top Gun: Maverick” filmindəki roluna görə, 100-200 milyon dollar arasında qonorar ala bilər.

 

Modern.az xəbər verir ki, aktyorun filmdən qazancı iki hissədən ibarət olacaq - çəkilişdə iştirak üçün birbaşa qonorar (13 milyon dollar), həmçinin filmin kassa gəlirlərinin əlavə faizi.

 

“Top Gun: Maverick” ABŞ prokatında birinci olub və 500 milyon dollar gəlir əldə edib. Blokbasterin dünya miqyasındakı gəliri isə milyard dollar həddinə yaxınlaşıb. Bu o deməkdir ki, Kruz 100-200 milyon dollar arasında gəlir əldə edəcək və bu, aktyorun karyerasında ən böyük qonorar olacaq.

 

Qeyd edək ki, filmin dünya premyerası 75-ci “Kann” Film Festivalında olub. Festivalda 59 yaşlı aktyor karyerasındakı nailiyyətlərinə görə xüsusi mükafata layiq görülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı