Gürcüstanda intensiv yağışlar səbəbindən Terek çayının daşması nəticəsində beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Lars avtomobil yolu bağlanıb.
Modern.az TASS agentliyinə istinadən xəbər verir ki, meteoroloji vəziyyətlə əlaqədar olaraq, Gürcüstan-Rusiya sərhədindəki “Kazbeqi” gömrük-keçid məntəqəsi müvəqqəti olaraq fəaliyyətini dayandırıb.
Hava şəraiti yaxşılaşdıqdan və bərpa işləri başa çatdıqdan sonra “Kazbeqi” gömrük-keçid məntəqəsi əvvəlki kimi tam gücü ilə fəaliyyətini davam etdirəcək, sərnişinlərin hərəkəti və yüklərin daşınması problemsiz həyata keçiriləcək.