Modern.az

Razılaşdırılmış tarif siyasətinə keçilə bilər - Bakı Bəyannaməsi

Razılaşdırılmış tarif siyasətinə keçilə bilər - Bakı Bəyannaməsi

Aktual

27 İyun 2022, 13:11

Azərbaycan, Türkiyə və Qazaxıstan arasında razılaşdırılmış tarif siyasətinə keçilməsi müzakirə edilir.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan, Türkiyə və Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin bu gün imzaladığı Bakı Bəyannaməsində qeyd olunub.

 

Bəyannamədə bildirilib ki, Orta Dəhliz marşrutunun nəqliyyat potensialının artırılması üçün razılaşdırılmış qarşılıqlı faydalı tarif siyasətinin aparılması vacibdir.

 

Dəhlizin kommersiyalaşdırılması və bütün Orta Dəhliz ölkələrinin əraziləri vasitəsilə tranzit daşımaların asanlaşdırılması yolu ilə əldə edilən faydaları maksimuma çatdırmaq üçün birgə səylər əhəmiyyətlidir.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı