Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib.
Modern.az xəbər verir ki, hadisə Şuşa şəhərciyində qeydə alınıb.
Məlumata görə, 1997-ci il təvəllüdlü Məhəmməd Həsənov yaşadığı evdə özünü asıb. İntiharın səbəbi məlum deyil.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.