Modern.az

Xırdalanda quldurluq edənlər SAXLANILDI

Xırdalanda quldurluq edənlər SAXLANILDI

Aktual

28 İyun 2022, 11:07

Abşeronda quldurluq edən şəxslər saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xırdalan şəhəri ərazisində Bakı şəhər sakini T.Səfərova zor tətbiq edərək mobil telefonunu və 30 manatını talamaqda və bıçaqla ayaq nahiyəsinə xəsarət yetirməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Şamaxı rayon sakini K.Əhmədov və Ağdam rayon sakini V.Kərimov saxlanılıblar.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (Quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...