Modern.az

Qardaşının evinə qumbara atan şəxs saxlanıldı

Qardaşının evinə qumbara atan şəxs saxlanıldı

Aktual

9 İyul 2022, 11:36

Bakı sakini qonşuluqda yaşayan qardaşının həyətinə qumbara atıb.


Modern.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin məlumatına görə, Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinə iyulun 8-də saat 1 radələrində Maştağa qəsəbə sakini R.İsakovun xuliqanlıq zəminində qonşuluqda yaşayan qardaşı Rəşadın həyətinə qumbara atması barədə məlumat daxil olub.
 

Partlayış nəticəsində evin pəncərə şüşələri sınıb, divarı zədələnib, yerin beton örtüyü dağılıb, xəsarət alan olmayıb.
 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.İsakov saxlanılıb.
 

Faktla əlaqədar cinayət işi başlanılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı