Modern.az

Qapanma anonsu verib, təhdid yaratmaq yanlışdır - ETİRAZ

Qapanma anonsu verib, təhdid yaratmaq yanlışdır - ETİRAZ

Aktual

9 İyul 2022, 15:39

“Yenidən qapanmaların olması ciddi iqtisadi zərərlə müşahidə ediləcək. Ən çox zərər görənlər isə günəmuzd işləyənlər və sahibkarlar (mikro və kiçik) olacaq”.

 

Modern.az-ın məlumatına görə, bu fikirlər iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib.

 

Ekspertin sözlərinə görə, bu vəziyyəti fürsətə çevirib qazananlar da olacaq: 

 

“Amma bu iqtisadi aktiv əhalinin heç mində biri qədər deyil. Qapanma qərarının Avropada verilməsinə baxmayaraq, dünyada neft-qaz qiymətlərinə də təsir edir. Nəticədə ölkəyə valyuta daxilolmaları kəskin azalacaq. 

Əhalinin qapanmadan təsirlənən hissəsinə, o cümlədən dəstəyə ehtiyac duyan sahibkarlara maddi dəstəyin göstərilməsi üçün isə maliyyə vəsaiti lazım olacaq.

Başqa vaxt olsaydı, “qapanmalar tələbi aşağı salacaq, nəticədə inflyasiyanın sürəti azalacaq” deyərdim. Amma qapanma səbəbindən istehsal-logistika zəncirində qırılmaların olması təklifi də kəskin azaldacaq.

Buna görə də təklif tələbdən daha çox azalacaq. Demək ki, qapanmaların inflyasiyaya da təsiri çox pis olacaq".  

 

"Bu il iqtisadiyyatın “gül-çiçək açdığı” 2019-cu il deyil. İndi dünyanın ərzaq qıtlığı və digər ciddi iqtisadi şoklar yaşadığı 2022-ci ildir. Odur ki, “qapanma” qərarından birmənalı şəkildə uzaq durmaq lazımdır. Hətta “qapanma”nın anonsunu verib, iqtisadi aktivliyə təhdidlər yaratmaq belə yanlış addımdır”, - deyə ekspert bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı