Nigeriyalı atlet Tobi Amusan yeni dünya rekordu qazanıb.
Modern.az xəbər verir ki, idmançı atletika üzrə ABŞ-da keçirilən dünya çempionatının yarımfinalında 100 metr məsafəyə maneələrlə qaçışda 12,12 saniyə nəticə ilə qadınlar arasında yeni dünya rekordu müəyyənləşdirib.
Qeyd edək ki, bundan əvvəlki rekord amerikalı Kendra Harrisona (2016-cı il, “Diamond League” turniri, 12,20 saniyə) məxsus idi.
Amusanın 25 yaşı var. Onun ən yüksək nailiyyəti 2019-cu il dünya çempionatı və Tokio Olimpiadasında dördüncü yeri tutmasıdır.