Modern.az

Türkiyədə güclü meşə yanğınları - 11 təyyarə göndərildi

Türkiyədə güclü meşə yanğınları - 11 təyyarə göndərildi

Aktual

25 İyul 2022, 10:10

Türkiyənin Kutahya bölgəsində yerləşən Küreci və Samrık kəndlərində, Manisanın Seğirdim Çukur istiqamətində güclü meşə yanğınları davam edir.

 

Modern.az xəbər verir ki, gecə saatlarından başlayan yanğınların söndürülməsinə ümumilikdə 11 təyyarə, 16 helikopter, 78 yanğınsöndürən avtomobil, 13 traktor və buldozer, çox sayda canlı qüvvə cəlb edilib.

 

Havanın isti keçməsi meşə yanğınları təhlükəsini artırıb.

 

Əhaliyə yanğınla bağlı xəbərdarlıq edilib. Bəzi yerlərdə meşəlik ərazilərə giriş məhdudlaşdırılıb. Hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı