Həftəsonu baş verən yol-nəqliyyat hadisələri zamanı 5 n piyada ölüb.
Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumatda bildirilib.
Belə ki, iyulun 24-də saat 1 radələrində Biləsuvar rayonunun Cəbrayıl qəsəbəsi ərazisində Cəlilabad rayon sakini Qadir Qasımov avtomobillə vurulub. Xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “VAZ-2106” markalı avtomobillə törədilməsi müəyyən edilib. Həmin nəqliyyat vasitəsini idarə edən Beyləqan rayon sakini S.Əlizadə saxlanılıb. Araşdırma aparılır.
***
İyulun 23-də saat 23 radələrində Biləsuvar rayonunun Nəsimikənd kəndi ərazisində yolu keçən kənd sakini Fərhad Fərhadov avtomobillə vurulub və o, hadisə yerində ölüb.
Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “VAZ-21015” markalı avtomobillə törədilməsi müəyyən edilib. Həmin nəqliyyat vasitəsini idarə edən Cəlilabad rayon sakini E.Qarayev saxlanılıb. Araşdırma aparılır.
***
İyulun 23-də saat 21 radələrində Lənkəran şəhəri ərazisində şəhər sakini Ə.Abbasəliyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən həmyerlisi Zöhrə Cəfərovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.
Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.
***
İyulun 23-də saat 22 radələrində Ağdaş şəhəri ərazisində şəhər sakini A.İsmayılov idarə etdiyi “VAZ-21099” markalı avtomobillə yolu keçən rayon sakini Firdovsi Əsədovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
Ağdaş Rayon Polis Şöbəsində araşdırma aparılır.
***
İyulun 23-də saat 20 radələrində Ağcabədi rayonunun Təzəkənd kəndi ərazisində rayon sakini V.Allahverdiyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə Həbib Məmmədovu vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Ağcabədi Rayon Polis Şöbəsində araşdırma aparılır.