1991-1997-ci illərdə müharibə zamanı xəsarət almış şəxslərə sığorta ödənişlərinin proaktiv qaydada ödənilməsi planlaşdırılıb.
Modern.az xəbər verir ki, bunu DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkpərov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xidmətlərin elektronlaşdırılmasına dair görülmüş işlər və hədəflərlə bağlı keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.
K.Əkpərov qeyd edib ki, yaxın günlərdə həmin ödənişlər proaktiv qaydada həyata keçiriləcək: "Artıq bu istiqamətdə işlər yekunlaşmaq üzrədir".