Modern.az

Sabahın havası - Külək, yağış...

Sabahın havası - Külək, yağış...

Aktual

25 İyul 2022, 12:34

İyulun 26-da gözlənilən hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək.

 

Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 21-24° isti, gündüz 30-33° isti, Bakıda gecə 22-24° isti, gündüz 30-32° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65 % olacaq.

 

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq, lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı