Modern.az

Evlərdən oğurluq edənlər saxlanıldılar - FOTO

Evlərdən oğurluq edənlər saxlanıldılar - FOTO

Aktual

25 İyul 2022, 13:58

Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində silsilə oğurluq edərək cinayət törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Modern.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin müxtəlif vaxtlarında vətəndaşlara məxsus fərdi yaşayış evlərinə qanunsuz olaraq daxil olub, oradan qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən yetkinlik yaşına çatmayan 4 nəfər rayon sakinləri saxlanılıb. Araşdırmalar zamanı saxlanılan şəxslərin müxtəlif vaxtlarda rayonun Qaraxanlı və Xatınlı kəndlərində 10-a yaxın vətəndaşın evindən qızıl-zinət və nağd pul oğurladıqları məlum olub. Vətəndaşlara 20.000 manatdan çox maddi ziyan vuran şəxslər törətdikləri cinayət əməllərini etiraf ediblər.

 

İstintaq-əməliyyat tədbirləri nəticəsində həmin şəxslərə oğurladıqları əşyaları satmaqda köməklik edən şəxs də saxlanılıb.

 

Faktlarla bağlı tovuz RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirlir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı