Xəbər verdiyimiz kimi, Tovuz rayonunun İbrahim Hacılı kəndində yanğın olub.
Modern.az xəbər verir ki, kənd sakini 68 yaşlı Yaqut Quliyevaya məxsus ümumi sahəsi 144 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və yaxınlıqda ümumi sahəsi 115 m² olan köməkçi tikilinin yanar konstruksiyaları 25 m² sahədə yanıb.
Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi, 68 yaşlı Yaqut Quliyeva və onun qonşusu Həqiqət Cabbarovanın meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Hadisə yerindən görüntüləri təqdim edirik: