Modern.az

Taxıl işinə türkiyəli admiral rəhbərlik edəcək

Taxıl işinə türkiyəli admiral rəhbərlik edəcək

Aktual

25 İyul 2022, 15:42

Ukrayna taxılının daşınması üzrə İstanbul koordinasiya mərkəzinə türkiyəli admiral rəhbərlik edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

 

Bildirilib ki, mərkəzdə iyulun 22-də sazişə imza atmış dördlüyün 20 nümayəndəsi işləyəcək. Məlumata görə, Ukrayna, Rusiya və BMT nümayəndələri artıq İstanbula gəlməyə başlayıblar. Ukrayna və Rusiya hərbçiləri yalnız zərurət yarandığı təqdirdə görüşəcək. Onlar ayrı-ayrı kabinetlərdə işləyəcəklər.

 

Ukraynanın üç limanından - Odessa, Yujnı və Çornomorskdan taxılın daşıması marşrutlarında naviqasiyanın təhlükəsizliyinə nəzarət gecə-gündüz həyata keçiriləcək.

 

Xatırladaq ki, ərzaq məhsullarının və gübrələrin dünya bazarlarına ixracı probleminin həli üçün iyulun 22-də İstanbulda sənədlər paketi imzalanıb. Buraya İstanbul koordinasiya mərkəzinin təşkili də daxildir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı