Modern.az

Vətən müharibəsi iştirakçısı itkin düşdü  - FOTO

Vətən müharibəsi iştirakçısı itkin düşdü  - FOTO

Aktual

25 İyul 2022, 16:14

Vətən müharibəsi iştirakçısı Cavid Bədəlli itkin düşüb. 

 

Modern.az xəbər verir ki, bu barədə Oxu.Az-a onun atası Rafiq Bədəlov bildirib.

 

Onun sözlərinə görə, iyulun 19-da oğlu evdən çıxıb və bir daha geri dönməyib:

 

“Oğlum Neftçala rayonunda qeydiyyatdadır. 44 günlük Vətən müharibəsində iştirak edib. Doqquz aydır ki, həyat yoldaşı ilə Abşeron rayonun Xırdalan şəhərində yaşayır. Evdə həyat yoldaşı ilə kiçik söz-söhbəti olub. Nəticədə oğlum evdən çıxıb, hələ də qayıtmayıb. Gedərkən heç bir sənəd götürməyib”.

 

Onu görənlərdən 050-497-44-42 mobil nömrəsi ilə əlaqə saxlanılması xahiş olunur. 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...