Prezident İlham Əliyevin Sərəncamı ilə Masallı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Araz Süleyman oğlu Əhmədov da bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.
Modern.az xəbər verir ki, təqdimatda Zeynal Nağdəliyev çıxış edərək Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrini çatdırıb.
A.Əhmədov ona göstərilən etimada görə minnətdarlığını bildirib.