Modern.az

Tanışını bıçaqladı, xəstəxanada öldü - MƏHKƏMƏ

Tanışını bıçaqladı, xəstəxanada öldü - MƏHKƏMƏ

Aktual

25 İyul 2022, 17:23

24 mart 2022-ci ildə Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Abbas Əliyevin öldürülməsi faktı ilə bağlı  başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

 

Gəncə şəhər prokurorluğundan Modern.az-a verilən məlumata görə, istintaqla zərəçəkmişin tanışı, 2001-ci il təvəllüdlü Emil Quliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Abbas Əliyevə xəsarət yetirməsi nəticəsində sonuncunun aldığı xəsarətdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

 

İş üzrə toplanmış sübutlar əsasında Emil Quliyevə Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Gəncə  Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı