Modern.az

İstiliklə bağlı yeni cərimələr GƏLİR

İstiliklə bağlı yeni cərimələr GƏLİR

Aktual

25 İyul 2022, 17:41

Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində və “Elektroenergetika haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

 

Modern.az xəbər verir ki, yenilənmiş Məcəlləyə və qanuna əsasən, bundan sonra istilik sahəsində qanunvericiliyin tələblərinin pozulmasının qarşısını almağa maneələr törədən istehlakçılar cərimə ediləcək.

 

Cərimənin məbləği fiziki şəxslər üçün 20 manat, vəzifəli şəxslər üçün 50 manat, hüquqi şəxslər isə 100 manat olacaq.

 

İndiyə qədər bu cərimə yalnız qaz və elektrik enerjisi sahələrində tətbiq edilirdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı