Modern.az

Balakəndə 28 yaşlı gəncin qulağını kəsdilər

Balakəndə 28 yaşlı gəncin qulağını kəsdilər

Aktual

26 İyul 2022, 10:02

Balakən rayonunda 28 yaşlı şəxsin qulağı kəsilib.

 

Modern.az "Report"a istinadən məlumat verir ki, hadisə ötən gecə rayon ərazisində qeydə alınıb.

 

Belə ki, Balakən şəhər sakini, 1994-cü il təvəllüdlü Samiddin Quliyev naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb. Daha sonra o, belin kəsilmiş-deşilmiş və qulağın kəsilmiş yaraları xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Hadisəni törədən şəxs və yaxud şəxslərin müəyyən olunaraq saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri keçirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı