Modern.az

Dünən təyin olunan icra başçısı vətəndaşlarla görüşdü

Dünən təyin olunan icra başçısı vətəndaşlarla görüşdü

Aktual

26 İyul 2022, 19:33

Lerik rayon İcra Hakimiyyəti başçısı tərəfindən vətəndaşların qəbulu keçirilib.

 

Modern.az xəbər verir ki, Lerik RİH-nin inzibati binasının qəbul otağında rayon icra hakimiyyəti başçısı tərəfindən rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə vətəndaşların qəbulu keçirilib.

 
Ümumilikdə rayon icra hakimiyyəti başçısı tərəfindən 33 vətəndaş, o cümlədən şəhid ailələri, qazilər və müharibə iştirakçıları növbədənkənar qəbul edilib.


Rayon icra hakimiyyəti başçısı tərəfindən qəbul edilən vətəndaşların müraciətləri əsasən işlə təmin olunma, tikinti materialının verilməsi, torpaq məsələləri, elektrik təsərrüfatı və digər sosial məsələlərlə bağlı olub.


Qəbulda RİH-nin başçısı Əkbər Abbasov vətəndaşlar tərəfindən səsləndirilən müraciətlərin araşdırılması və icrası ilə əlaqədar aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı