Modern.az

Qurban Qurbanov rus dilində danışmaq istəmədi

Qurban Qurbanov rus dilində danışmaq istəmədi

Aktual

27 İyul 2022, 09:00

"Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Sürix"lə (İsveçrə) keçiriləcək cavab matçı üçün təşkil edilən mətbuat konfransında nümunəvi addımı ilə yadda qalıb.

 

Modern.az xəbər verir ki, yerli jurnalistlərdən biri Q.Qurbanova rus dilində sual verib. Qeyd edib ki, rus dilində danışa bildiyinizi eşitmişəm.

 

Baş məşqçi cavabında "Rusca bilirəm, amma Azərbaycan dilində cavab verəcəyəm” deyib.

 

Sualı dinləyən baş məşqçinin cavabı Azərbaycan dilində olub.

 

Qeyd edək ki, bu gün keçiriləcək "Sürix" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bakıdakı ilk görüşdə Ağdam təmsilçisi 3:2 hesablı qələbə qazanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı