Modern.az

Piyadalar yol terrorunun qurbanı oldu

Piyadalar yol terrorunun qurbanı oldu

Aktual

27 İyul 2022, 10:54

İyulun 25-də saat 23 radələrində Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisində Mingəçevir şəhər sakini İ.Zeynalov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən 50-55 yaşlı kişini vurub.

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, nəticədə xəstəxanaya yerləşdirilən həmin şəxs iyulun 26-da orada ölüb.


Analoji hadisə iyulun 26-da saat 16 radələrində Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində də qeydə alınıb.

 

Belə ki, sakini S.Məmmədov idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən Rəşad Süleymanlını vurub və nəticədə piyada hadisə yerində ölüb.


Hər iki faktla bağlı müvafiq araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı