Modern.az

Keçmiş məhkum 5800 manata görə həbsə qayıtdı

Keçmiş məhkum 5800 manata görə həbsə qayıtdı

Aktual

27 İyul 2022, 11:48

Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşlarının oğurluq edən şəxslərə qarşı əməliyyat tədbiri keçiriblər.

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, iyulun 23-də 28 May qəsəbəsi ərazisində Abşeron rayon sakini İ.Rüstəmovu xuliqanlıq zəminində bıçaqla hədələyib “VAZ-2107” markalı avtomobilinin ön şüşəsini sındırıblar.

 

Avtomobildən 5800 manat pulu oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakinləri C.Rəhmanov və qardaşı, əvvəllər məhkum olunmuş N.Rəhmanov saxlanılıblar. Araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Zelenski bəzi ərazilərin Rusiyada qalmasına razılaşdı