Modern.az

Piyadanı vurub qaçan sürücü tutuldu

Piyadanı vurub qaçan sürücü tutuldu

Aktual

27 İyul 2022, 11:52

Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 14-də Abşeron rayonu ərazisində Babək rayon sakini M.Quliyevin xəsarət alması ilə nəticələnən yol qəzasını törədərək hadisə yerindən yayınan sürücü saxlanılıb.

 

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumatda bildirilib.

 

Araşdırma nəticəsində hadisəni “VAZ-2107” markalı avtomobilin sürücüsü, Hökməli qəsəbə sakini N.Vəliyevin törətdiyi müəyyənləşib.

 

Hadisədə təqsirləndirilən şəxs saxlanılıb.

 

Hazırda faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Zelenski bəzi ərazilərin Rusiyada qalmasına razılaşdı