Modern.az

“Qarabağ”ın oyunu isveçli hakimlərə tapşırıldı

“Qarabağ”ın oyunu isveçli hakimlərə tapşırıldı

Aktual

29 İyul 2022, 08:35

Bakıda Ağdamın “Qarabağ” və Macarıstanın “Ferentsvaroş” komandası arasında keçiriləcək UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunu üçün hakim təyinatları açıqlanıb.

 

Modern.az xəbər verir ki, matçı İsveçdən olan hakimlər briqadası idarə edəcək.

 

Görüşün əsas referisi Andreas Ekberq olacaq. Ona yan xətt hakimləri Mehmet Çulum və Niklas Nyuberq köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Adam Ladebek yerinə yetirəcək.

 

Qeyd edək ki, avqustun 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq qarşılaşma saat 22:00-da başlayacaq. Cavab oyunu avqustun 9-da Budapeştdə baş tutacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı