Modern.az

Hosteldə faciə: 8 nəfər yanaraq öldü

Hosteldə faciə: 8 nəfər yanaraq öldü

Aktual

29 İyul 2022, 13:56

Moskvada hosteldə baş verən yanğın nəticəsində 8 nəfər həlak olub, daha 4 nəfər yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.

 

Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, Moskvanın Almaata küçəsindəki hosteldə baş verən yanğına elektrik naqillərinin yüklənməsi səbəb olub.

 

Məlumata görə, sakinlər yanğın zamanı zəhərli qazdan boğularaq ölüblər.

 

Hostel birinci mərtəbədə yerləşsə də, pəncərələrdə barmaqlıqlar quraşdırıldığı üçün insanların çoxu hadisə zamanı xilas ola bilməyib. Faktla əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!