“Ukrayna və Əfqanıstandakı münaqişələr qurulmuş ticarət yollarını pozur və Ankaranı yeni nəqliyyat dəhlizləri axtarmağa vadar edir”.
Modern.az xəbər verir ki, bunu Özbəkistan, Türkiyə və Azərbaycanın xarici siyasət, ticarət və nəqliyyat idarələrinin rəhbərlərinin görüşündə Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu deyib.
Nazirin sözlərinə görə, bölgəyə və dövlətlərə birbaşa təsir edən Ukrayna və Əfqanıstandakı münaqişələr qlobal qeyri-sabitlik kontekstində nəqliyyat və kommunikasiya marşrutlarının şaxələndirilməsinin nə qədər vacib olduğunu göstərir.
“Bunsuz ərzaq və iqtisadi təhlükəsizliyi təmin etmək çətindir”, - deyə Çavuşoğlu qeyd edib.